Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək

Tarix: 22.05.2023

Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, "Sabah" və "Gəncə" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gələcəklər.

Qarşılaşma saat 19:30-da start götürəcək.

Mayın 20-də keçirilən ilk görüşdə paytaxt təmsilçisi qələbə qazanıb - 71:69. Final seriyasının növbəti matçı mayın 24-də oynanılacaq. Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel baş tutacaq.

Qeyd edək ki, daha əvvəl NTD "AAAF Xırdalan"ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.


https://azertag.az/xeber/Bu_gun_Azerbaycan_Basketbol_Liqasinda_final_seriyasinin_ikinci_oyunu_kechirilecek-2625611