Bu gün İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramı qeyd edilir

Tarix: 31.07.2020


Bu gün İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramı qeyd edilir. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi olaraq bütün xalqımızı və müsəlman aləmini mənəvi paklığın, xoş və xeyirxah amallar uğrunda fədakarlığın, birliyin və həmrəyliyin, xoş niyyətin rəmzi olan bu bayram münasibətilə səmimiyyətlə təbrik edirik. Hər kəsə can sağlığı, xoş və firavan həyat, dünyamıza sülh, əmin-amanlıq arzu edirik. Uca Yaradan kəsilən qurbanları və edilən bütün xoş niyyətləri, duaları qəbul etsin! Arzu edirik ki, növbəti müqəddəs bayramlarımızı işğal altındakı torpaqlarımızda qeyd edək.
Bayramımız mübarək!