Bu gün ilaxır – Torpaq çərşənbəsidir

Tarix: 16.03.2021


Bu gün Azərbaycanda Novruz bayramı öncəsi ilaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunur. Tariximizin izlərini, qədim adət-ənənələrimizi özündə əks etdirən bu əlamətdar bayram günü münasibətilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi adından xalqımızı səmimiyyətlə təbrik edirik. Dövlətimizə sülh, əmin-amanlıq, davamlı inkişaf, tarixi Qarabağımıza böyük qayıdışın reallaşdırıldığı bu müqəddəs vaxtlarda şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyir, hər bir azərbaycanlımıza doğma vətənimizdə xoşbəxt, firavan həyat arzu edirik.