Bu ilin birinci rübündə 32 kənd və 45 yaşayış massivində qazlaşma işləri aparılıb

Tarix: 18.04.2022

Cari ilin birinci rübündə 32 kənd və 45 yaşayış massivində qazlaşma işləri aparılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev deyib.

Qurum rəsmisinin sözlərinə görə, bu il üzrə 69 kənd və 62 yeni yaşayış massivində küçə qaz xəttinin çəkilişi işləri nəzərdə tutulub. O, 2 kənd və 5 yaşayış massivində isə artıq qazlaşma işlərinin yekunlaşdığını diqqətə çatdırıb.