Cari ildə Bakıda 293 yaşayış binası üzrə 17 min 104 mənzil təbii qazla təmin olunub

Tarix: 25.11.2019

Bu il paytaxtda 293 yaşayış binası üzrə 17 min 104 mənzil təbii qazla təmin edilib.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, bu il noyabrın 1-nə olan məlumata görə, 293 yaşayış binası üzrə 17 min 104 mənzil, oktyabrda isə 60 yaşayış binası üzrə 2504 mənzil təbii qazla təmin olunub.

 

AZƏRTAC