Çay üzərində qeyri-adi körpü

Tarix: 15.09.2021


Avstriyada Murinsel Adası körpüsü “Avropa Mədəniyyət Paytaxtı” adı uğrunda yarışma çərçivəsində yaradılıb. Bu orijinal şüşə-qurğu amerikalı arxitektor və rəssam Vito Akkonçinin layihəsi əsasında hazırlanıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Mur çayının sahillərini birləşdirən Murinsel ada körpüsü nəhəng iki qaba bənzəyir. Birinci qabın içərisində kafe-bar, açıq sahədə isə amfiteatr və uşaq meydançası yerləşir.

Şüşə qab istənilən vaxt çox orijinal görünür, lakin gecələr çox rəngli işıqlandırma sayəsində bu qeyri-adi körpü Avropa şəhərinin ən bənzərsiz bəzəyinə çevrilir. Sahəsi 1000 kvadratmetr olan konstruksiya çayın dibinə lövbərlər vasitəsilə bərkidilib.