Cənab Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən yeni vəzifələr

Tarix: 07.08.2020


Cənab Prezidentimiz İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə yaxın müddət üçün, eləcə də pospandemiya dövründə ölkənin iqtisadiyyatının inkişafı üçün hansı işlər görmək lazım olduğunu aydın şəkildə, konseptual formada və dəqiq göstərmiş, onların icrası ilə əlaqədar Respublika Hökumətinə  konkret tapşırıqlar vermişdir.

Düşünürəm ki, bu tapşırıqlar ölkə iqtisadiyyatının inkişafında yeni bir dövrünün başlanğıcını qoyur.