Cənnətdəki ilk doğum günün mübarək

Tarix: 16.04.2021


Binəqədi rayonunda şəhid ailələrinin ziyarəti davam edir. 15 aprel 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov “Safa Store” Super Marketinin dəstəyilə şəhidimiz Feyzizadə Toğrul İlqar oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışlar.