Dayanıqlı İnkişaf Məqsədlərinin tələbələr arasında təbliği məqsədilə təşkil olunan təlimlər başa çatıb

Tarix: 22.05.2023

ADA Universitetində “Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası” mövzusunda təlim proqramı yekunlaşıb.

Bununla bağlı keçirilən tədbirdə ADA Universitetinin icraçı prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin tələbələr arasında təbliği, onların bu sahədə baxışlarının formalaşdırılması üçün təlimin keçirilməsinin əhəmiyyətindən danışıb.


https://azertag.az/xeber/Dayaniqli_Inkisaf_Meqsedlerinin_telebeler_arasinda_tebligi_meqsedile_teskil_olunan_telimler_basa_chatib-2625626