Dünya çempionatında iştirak edəcək idman gimnastlarımız müəyyənləşib

Tarix: 15.10.2021


Oktyabrın 18-dən 24-dək Yaponiyanın Kitakyuşu şəhərində idman gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının feysbuk səhifəsinə istinadla xəbər verir ki, millimizin dünya çempionatı üçün heyəti açıqlanıb.

Çempionatda ölkəmizi İvan Tixonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edəcəklər.

Turnirdə 59 ölkədən 239 kişi və 154 qadın gimnast birincilik uğrunda mübarizə aparacaq.