Dünyanın üçüncü ən böyük almazı Afrikada tapıldı

Tarix: 08.07.2021


Həcminə görə dünyanın üçüncü ən böyük almazı Botsvanada tapılıb. “Agence France-Presse” məlumat verir ki, almazın çəkisi 1174 karat təşkil edir. Bənzərsiz almaz Kanadanın “Lucara Diamond Corp” şirkəti tərəfindən tapılıb. “Bu, bizim üçün və Botsvana üçün tarixi bir tapıntıdır” - deyə şirkətin baş direktoru Nasim Lahri təqdimatda vurğulayıb. Məlumat üçün qeyd edək ki, Botsvana Afrikada birinci dünyada isə Rusiyadan sonra ikinci ən böyük almaz istehsalçısıdır.