Duz və ədviyyatlardan çəkilən qeyri-adi rəsm əsəri

Tarix: 02.04.2022


Amerikalı rəssam və fotoqraf Kelli Makkollam müxtəlif ədviyyatlardan istifadə edərək tamamilə heyrətamiz mənzərələr çəkir. Onun əsərlərinə nəinki toxunmaq, hətta onların ətrini hiss etmək olar.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, rəssam üçün əsas ilham mənbəyi Vinsent van Qoqun rəsmləri və “Ulduzlu gecə” filmidir. Mixək, darçın, incə üyüdülmüş mətbəx duzu, qida boyası və bir az qarğıdalıdan hazırlanan rəsm əsəri özünəməxsus şöhrət qazanıb.

Orijinal rəsmləri ilə daim insanları heyrətləndirən Kelli uzun illərdir ki, qeyri-adi sənətlə məşğul olur, bacarıqlarını daim təkmilləşdirir.