Evsizlər üçün yataq kapsulları

Tarix: 15.02.2021


Almaniyanın “Wilhelmsbüro” studiyasının hazırladığı mobil yataq kapsulları qışda evsiz insanların küçədə soyuqdan donmaması üçün nəzərdə tutulub.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, sosial proqram çərçivəsində hazırlanan sözügedən konstruksiyanın zəruri olduğu halda seriya şəklində istehsalı planlaşdırılır.

Kapsulanın konstruksiyası yanğınsöndürmə xidməti, polis, sosial mərkəzlər, tibb müəssisələri və digər müvafiq qurumlarla razılaşdırılıb.

Yataq kapsullarını şəhərin istənilən yerinə çatdırmaq mümkündür. “Evcik” manipulyator vasitəsilə bir neçə dəqiqə ərzində quraşdırılır.