Fatma Ceren Yazqan: Azərbaycanın müstəqilliyinin təməlində güclü dövlət və millətin birliyi dayanır

Tarix: 18.10.2021


Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə ərazi bütövlüyünün bərpasının ildönümün eyni vaxtda qeyd etməyimizin böyük əhəmiyyəti var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında söyləyib.

Səfir deyib: “Azərbaycan xalqı müstəqillik uğrunda çətin və şərəfli mübarizə aparıb, müstəqilliyini bərpa edib. Müstəqilliyi qoruyub saxlamaq çətin vəzifədir. Amma Azərbaycanın bu müstəqilliyinin təməlində dövlət və millətin gücü, birliyi dayanır”.

“Müstəqillik yolunda addımlamaq qarşıya çıxan maneələrlə mübarizə deməkdir. Müstəqillik və rifah üçün xalqına qürurlu həyat bəxş edən dövlət güclü dövlətdir. Azərbaycanı ürəkdən və böyük sevgi ilə təbrik edirəm”, - deyə, F.C.Yazqan vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə güclənən Azərbaycanla qürur duyur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi