Filippində valideynlər uşağa qoyduqları adı özləri də tələffüz etməkdə çətinlik çəkirlər

Tarix: 14.03.2023

Filippində valideynlər yeni doğulan uşaqlarına elə bir uzun ad qoyublar ki, hətta özləri belə onu tələffüz etməkdə çətinlik çəkirlər.

Balacanı evdə sadələşdirilmiş adla çağırsalar da, rəsmi sənədlərdə onun adı o qədər də asan deyil. Belə ki, uşağın adı Qlinnil Hilhir İzziqil Mampuan Buskatodur və bu ad 34 hərfdən ibarətdir. Uşağın adının əks olunduğu sənədi foto kimi çəkən ailənin dostlarından biri onu sosial şəbəkədə yerləşdirib. Bu fotonun 50 min dəfə təkrar yayımlandığı və nəticədə virusa çevrildiyi bildirilir.

Yerli televiziyaya müsahibə verən valideynlər bildiriblər ki, uşağın adı yaxın qohumların adlarından götürülmüş hərflərin kombinasiyasıdır. Balacanın atası isə bildirib ki, o, böyüyən zaman adının necə əhəmiyyətli olduğunu balacaya izah edəcək.


https://azertag.az/xeber/Filippinde_valideynler_usaga_qoyduqlari_adi_ozleri_de_teleffuz_etmekde_chetinlik_chekirler-1777787