Formula 1-in Çin mərhələsini İmola Qran-Prisi əvəz edəcək

Tarix: 12.01.2021


İtaliyadakı İmola trası növbəti dəfə Formula 1 yarışına ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, aprelin 16-18-də keçirilməsi planlaşdırılan Çin Qran-Prisini İmola Qran-Prisi əvəz edəcək.

Formula 1-də yeni mövsüm martın 28-də Bəhreyn Qran-Prisi ilə start götürəcək. Çempionata dekabrın 10-12-də Əbu-Dabidəki yarış ilə yekun vurulması planlaşdırılır.

Xatırladaq ki, ötən mövsüm koronavirus pandemiyasına görə ləğv edilən Azərbaycan Qran-Prisinin bu ilin planına əsasən, iyunun 6-da keçiriləcəyi nəzərdə tutulub.