oktyabrın 14-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin Məzun günündə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
"Agentlik tərəfindən milli mətbəx nümunələri pasportlaşdırılıb, ölkənin biomüxtəliflik potensialı aqroqastro turizm marşrutlarına qazandırılıb. Bundan əlavə, peşəkar kulinarların yetişdirilməsi, gənc aşpazların inkişafı və ixtisaslaşması dəstəklənib. Aşpazlar üçün pilot tədris qrupunun yaradılması da bu qəbildən olan layihələrdəndir. Bu proqram gənc aşpazların peşəkar inkişafı üçün əvəzsiz təcrübədir", - deyə F.Nağıyev diqqətə çatdırıb.