Hər il sökülən və yenidən qurulan bambuk körpü

Tarix: 17.03.2023

Kambocada tamamilə bambukdan tikilmiş məşhur 300 metrlik körpü Ko-Pen adasını və Kampong-Çam şəhərini birləşdirir.

Yerli əhalinin bir ənənəsi var - hər il yağışlı mövsümdən əvvəl 50 min bambuk çubuğundan ibarət körpü sökülüb yenidən tikilir. Möcüzə körpüsü ilə təkcə piyadalar deyil, həm də velosipedlər, mopedlər və hətta avtomobillər də hərəkət edir.

Ancaq yağışlı mövsümdən əvvəl (maydan noyabra qədər) yerli sakinlər körpünü sökür və bütün bambukları gələn ilə qədər saxlayırlar. Sonra struktur yenidən qurulur. Körpüdən keçid pulludur - yerli sakinlər üçün keçid bir neçə sentə başa gəlir, turistlərdən isə daha çox pul alınır - təxminən bir dollar.


https://azertag.az/xeber/Her_il_sokulen_ve_yeniden_qurulan_bambuk_korpu-2107823