İqtisadiyyat naziri: İlin sonunadək qeyri-neft ixracının dəyəri 2 milyard dolları ötə bilər

Tarix: 08.09.2021


Qeyri-neft sektorunun ixracı artır. Cari ilin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 milyard ABŞ dollarından çox olub.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz artım deməkdir. 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.