İsraildə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Tarix: 19.01.2023

İsraildə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

 “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasına istinadla xəbər verir ki, anım mərasimində Afula şəhər merinin müavini doktor Boris Yudis, Şəhər Şurasının üzvü Qennadi Kipnis və bələdiyyənin əməkdaşları iştirak ediblər.

“Azİz”in prezidenti Lev Spivak qeyd edib ki, 20 Yanvar faciəsinin qurbanları müxtəlif millətlərdən günahsız insanlar olublar. Onların arasında Azərbaycanda azadlıq və demokratiya uğrunda həyatlarını qurban verən yəhudilərə də rast gəlmək mümkündür.

Sonra məşhur İsrail jurnalisti David Konun “Qarabağ tələsi” kitabının təqdimatı olub.

D.Kon kitabda yalnız gördükləri və eşitdikləri, iştirak etdiyi hadisələr barədə yazıb. O, 20 Yanvar hadisələri haqda danışarkən bildirib ki, o vaxt hakimiyyətdə Ulu Öndər Heydər Əliyev kimi güclü siyasətçi olsaydı, Azərbaycanda belə bir faciə yaşanmazdı.

80-ci illərdə dəfələrlə Azərbaycana səfər etdiyini bildirən D.Kon Ümummilli Lider Heydər Əliyevin necə müdrik və qayğıkeş insan, istedadlı siyasətçi olduğunu, həm yaradıcı insanlara, həm də müxtəlif sahələrin peşəkarlarına diqqətlə yanaşdığını bildirib.