Koronavirus pandemiyası dövründə sosial aksiya keçirildi

Tarix: 11.09.2020


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi və Azərbaycan Tələbələr Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Koronavirus (COVİD-19) pandemiyası dövründə sosial aksiyanın keçirilməsi” adlı layihə yekunlaşmışdır. Layihənin əsas məqsədi koronavirus pandemiyası dövründə aztəminatlı ailələrə ərzaq sovqatının paylanması, infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi ilə bağlı məlumatlandırmanı özündə ehtiva edən sosial aksiyanın keçirilməsidir. Layihə çərçivəsində 78 ailəyə ilkin tələbat üçün hər bir məhsulun olduğu ərzaq sovqatı və koronavirusla bağlı maarifləndirici bukletlər paylanılmışdır. Aksiyada Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi və “SƏLİS Könüllüləri” İctimai Birliyinin könüllüləri fəal iştirak etmişlər.