Meşə ağaclarına zərər vurmadan tikilən ev

Tarix: 28.10.2020


Almaniyanın “Zeller & Moye” arxitektura studiyasının layihəsi ilə Berlin yaxınlığındakı meşə ərazisində bir ağaca belə zərər vurulmadan yaşayış evi tikilib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, beton dayaqlar üzərində tikilən evin sahəsi 130 kvadratmetr olmaqla şahmat qaydası ilə yerləşən 5 otaqdan ibarətdir. Onun inşasında müasir texnologiyaların tətbiqinə də geniş yer verilib.

Mütəxəssislərin fikrincə, şahmat qaydası evlərə daha çox günəş şüasının düşməsinə imkan verir. Bundan başqa, evin inşasında təbii materiallardan, onun qızdırılmasında isə odun peçindən istifadə olunub.