Məşhur aktrisa Zendaya gələcək karyerası ilə bağlı danışıb

Tarix: 30.08.2023

Məşhur amerikalı aktrisa Zendaya sənəti ilə bağlı gələcək planlarından söz açıb.

“Emmi” mükafatı laureatı gələcəkdə mənfi obraz canlandırmaq istədiyini dilə gətirib.

“Mən məmnuniyyətlə mənfi obraz canlandırmaq istərdim. Düşünmürəm ki, bu mütləq superqəhrəman obrazlı film olmalıdır, bu hər hansı adi dram janrlı film də ola bilər. Mən çəkildiyim filmlərdə, əsasən, yaxşı insan rolunu canlandırmışam, lakin pis insan obrazını da ifa etmək maraqlı gəlir. Düşünürəm ki, film rejissorları mənim bu istəyimi nəzərə alacaqlar və filmdə mənfi obrazın da layiqincə öhdəsindən gələcəyəm”, - deyə aktrisa jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, 26 yaşlı aktrisa “Hörümçək adam” və “Dune” filmlərində rol alıb.



https://azertag.az/xeber/meshur_aktrisa_zendaya_gelecek_karyerasi_ile_bagli_danisib-2743251