Məşhur idmançılar tanınmış idman jurnalistləri ilə görüşəcəklər

Tarix: 16.04.2022

Aprelin 18-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbir keçirəcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə məhşur idmançıların iştirakı ilə Şuşada çəkilmiş eyni adlı vidoçarxın təqdimatı olacaq.

Tədbirin keçirilməsində məqsəd ədalətli idman və ölkəmizin ləyaqətlə təmsil edilməsi prinsiplərinin geniş təbliğidir. Bu məqsədlə məşhur idmançılar və tanınmış idman jurnalistlərinin müzakirələri təşkil ediləcək.