Məsləhətçilər

Tarix: 00.00.0000




Əliyarlı Kubra Məhəmməd qızı 01 dekabr 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomla bitirib. 2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb. 2019-2021-ci illərdə Naxçıvan Dövlət Universitetində Sosial iş ixtisası üzrə magistr təhsili alıb. 2006-2010-cu illərdə “Səs” qəzetində, 2008-2010-cu illərdə "Səs" İnformasiya Agentliyində müxbir vəzifəsində çalışıb. 2009-cu ildə ölkəmizdə keçirilən III çağırış, 2014-cü ildə keçirilən IV çağırış, 2019-cu ildə keçirilən V çağırış bələdiyyə seçkilərində qalib gələrək Binəqədi Bələdiyyəsinə üzv seçilib. 2010-cu ilin iyun ayından 2015-ci ilin yanvar ayınadək Binəqədi Bələdiyyəsinin Yerli Ekologiya Məsələləri daimi Komissiyasının sədr müavini, 2015-ci ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək Binəqədi Bələdiyyəsinin Mətbuat, informasiya və gənclərlə iş üzrə komissiyasının sədr müavini vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından isə həmin komissiyanın sədridir. 2020-ci ildə VI çağırış Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olub.

2006-ci ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini və İdarə Heyətinin üzvü olub. 2014-cü ilin may ayından 2021-ci ilin mart ayınadək təşkilatın Qadınlar Şurasının, 2015-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək təşkilatın Gənclər Birliyinin Şura üzvü olub. 2018-ci ilin fevral ayından 2019-cu ilin mart ayınadək Gənclər Birliyinin "KİV-lə və sosial media ilə əlaqələrin qurulması" komissiyasının sədri olub.

"Davamlı" İqtisadi və Sosial Maarifləndirmə ictimai birliyinin təsisçisi və sədridir.

2013-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında məsləhətçi, 2015-ci ilin yanvar ayından baş məsləhətçi vəzifələrində çalışıb. 2022-ci ilin aprel ayından rayon təşkilatında məsləhətçi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının VI Qurultayının iştirakçısı olub. İki kitabın müəllifidir.




Məmmədov Əli Azər oğlu 11 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr üzrə maliyyə ixtisasını, 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr üzrə Bank işi ixtisasını bitirmişdir. 2018-ci ilin iyun ayından 2021-ci ilin oktyabr ayınadək “Yapı Kredit Bank Azərbaycan” QSC-də əməliyyatlar üzrə mütəxəssis vəzifəsində çalışmışdır. 2021-ci ilin oktyabr ayından Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında mühasib vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.