Milli Məclisdə “Naxçıvan sazişi–10 il” mövzusunda beynəlxalq konfrans keçirilir

Tarix: 10.10.2019

Oktyabrın 10-da Milli Məclisdə “Naxçıvan sazişi–10 il” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaranması tarixindən və fəaliyyətindən danışıb. Bildirib ki, Naxçıvan Sazişinin imzalanmasından keçən 10 il müddətində türkdilli dövlətlər arasında əlaqələr xeyli inkişaf edib. Ulu öndər Heydər Əliyev türkdilli ölkələr arasında münasibətlərin inkişafına xüsusi diqqət ayırırdı. Bu gün bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov bildirib ki, Azərbaycan Prezidenti türkdilli xalqlar arasında münasibətlərin inkişafına daim həssas münasibət göstərir. Bu, təqdirəlayiq haldır. TÜRKPA-nın yaradılması bu işə böyük töhfədir.

Konfrans işini “Türk birliyinin inkişafının yeni mərhələsi” mövzusunda panel iclasla davam etdirir.