Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilir

Tarix: 06.08.2020


Avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclası parlamentin Sədri Sahibə Qafarova açaraq gündəlikdə olan məsələlərin ikinci oxunuşda müzakirə ediləcəyini bildirib.

İclasın ikinci günündə gündəlikdəki 6 məsələ -“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.