Milli mətbuatımızın flaqmanı, haqq, ədalət carçısı - SƏS" qəzeti - 30

Tarix: 11.01.2021


Bu gün milli mətbuat tariximizdə olduqca əhəmiyyətli tarixi bir gündür. Azərbaycan mətbuatında öz dəst-xətti olan “Səs” qəzetinin təsis olunmasının 30-cu ili tamam olur. “Səs” qəzeti adına uyğun olaraq daim haqq, ədalət carçısı kimi cəmiyyətimizdə özünəməxsus səsi və üslubu ilə sayılıb, seçilib. Heç də təsadüfi deyil ki, hər zaman “Səs” qəzeti müasir Azərbaycan mətbuatının ilk nümunələrindən biri kimi Həsən bəy Zərdabi irsinə sadiq qalıb, cəmiyyətimizin bütün tələblərinin sosial sifarişini layiqincə yerinə yetirib. “Səs” qəzeti təkcə mətbuatımızın inkişafına və əhalinin informasiya ilə təminatı sahələrinə görə deyil, eyni zamanda dövlətçiliyimizin, xalqımızın milli maraqlarının qorunub-saxlanmasına, Azərbaycanın taleyüklü məsələlərinə laqeyd qalmayıb. Bunun ən aydın bariz nümunəsi isə məşhur “91-lər”in ulu öndər Heydər Əliyevə tarixi müraciətinə məhz “Səs” qəzetinin qucaq açmasıdır. Vaxtilə ulu öndər Heydər Əliyevin “Səs” qəzeti haqqında dediyi fikirlər də bunu təsdiq edir: “Səs” qəzeti yarandığı ilk gündən Azərbaycan xalqına xidmət edir, həmçinin, özü də günü-gündən inkişaf edir”.

Hörmətli Bəhruz müəllim!

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi adından və şəxsən öz adımdan bu tarixi, əlamətdar gün münasibətilə bütün “Səs”çiləri səmimiyyətlə təbrik edirəm. Sizə uzun, mənalı, firavan həyat, yaradıcılıq uğurları və dövlətçiliyimizin inkişafı, xalqımızın maarifləndirilməsi istiqamətindəki fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Hörmətlə,
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov