Modul tipli iclas salonu

Tarix: 08.06.2021


“Alis” iclas salonunun layihəsi “Zaha Hadid memarlıq studiyası” tərəfindən təqdim olunub.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, modul tipli salon ofis olaraq açıq havada da yerləşdirilə bilər. Elektron və mexaniki sistemlərin əksəriyyəti panellərdə gizləndiyindən modulun görünüşünü pozmur.

Modul iclas salonu asanlıqla sökülə və yeni bir yerə köçürülə bilər. Onun hissələrinin isə gələcəkdə təkrar emalı və ya başqa bir şəkildə yenidən istifadə edilməsi mümkündür.