Nazir: Dünya İqtisadi Forumunda qlobal iqtisadiyyatın davamlı inkişafı müzakirə olunur

Tarix: 26.01.2021


Dünya İqtisadi Forumunda qlobal iqtisadiyyatın davamlı inkişafı müzakirə edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Dünya İqtisadi Forumunun “Davos gündəliyi” tədbiri keçirilir. Tədbirdə qlobal iqtisadiyyatın davamlı inkişafı, rəqəmsallaşmanın genişlənməsi, dövlət və özəl sektor arasında əməkdaşlıq, səhiyyə, gender, iqlim dəyişikliyi, COVID-19 və sair məsələlər müzakirə olunur.