Novruz bayramınız mübarək!

Tarix: 19.03.2021


Sizi tariximizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin rəmzi olan, bütün insanları dostluğa, birliyə, xeyirxahlığa səsləyən Novruz bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının kollektivi adından təbrik edirik. Qarabağımıza böyük qayıdışın sevincini və qürurunu yaşadığımız bu gözəl bayram günündə sizə möhkəm can sağlığı, Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün inkişaf edən ölkəmizdə firavan həyat, doğma vətənimizin uğurlu sabahı naminə gördüyünüz işlərdə nailiyyətlər arzu edirik. Bu əziz günlərdə Azərbaycan torpaqlarının azadlığı və müdafiəsi uğrunda canlarını fəda edərək, şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman övladlarımızın unudulmaz xatirəsini ehtiramla yad edir, qazilərimizə sağlamlıq arzulayırıq.

Novruz bayramınız mübarək!