Ötən il minik avtomobili istehsalı azalıb

Tarix: 23.01.2023

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ildə 522,7 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən  əvvəlki illə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,9 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 68 faiz, maşın və avadanlıqların istehsalı isə 58,8 faiz artıb. 2022-ci ildə 2049 ədəd və ya 2021-ci illə müqayisədə 30 ədəd az minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 9,7 faiz azalıb.