Abdullayeva Sevinc Qurban qızı 29 may 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2012-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakültəsində ikinci ali təhsil almışdır. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında uşaq və yeniyetmə verilişlərində aparıcı kimi əmək fəaliyyətinə başlamışdır. “Uşaqların Beynəlxalq Televiziya və Radio Günü”də ümummilli lider Heydər Əliyevin iştirak etdiyi canlı yayımların aparıcısı olmuşdur. 2010-2013-ci illərdə “Balaton” Texniki Ticarət Mərkəzində hüquqşünas vəzifəsində çalışmışdır. 2015-ci ildən 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında aparat rəhbəri vəzifəsində, 2022-ci ildən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında sədr müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.