Pol Qogenin əsəri hərracda 9,5 milyon avroya satılıb

Tarix: 04.12.2019

Fransalı post-impressionist rəssam Pol Qogenin “Qalın ağac” (Te Bourao II) əsəri Parisdə keçirilən hərracda 9,5 milyon avroya satılıb.

TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Artcurial” hərrac evi özünün “Twitter” səhifəsində yazıb. 73x92 santimetr ölçüsündə olan rəsm adı açıqlanmayan beynəlxalq kolleksiyaçı tərəfindən əldə olunub. Alıcının sözlərinə görə əsər Fransada qalacaq.

Məlumatda bildirilir ki, P.Qogen bu əsəri Taitidə olarkən çəkib. Bu rəsm onun Taitidə qaldığı müddətdə çəkdiyi doqquz sənət əsərindən biridir. Əsərlər 1898-ci ildə rəssama həsr olunmuş sərgi üçün Parisə göndərilib. “Te Bourao II” rəsmi bu dövrün yeganə əsəridir və xüsusi kolleksiyada saxlanılır. P.Qogenin digər rəsmləri isə dünyanın aparıcı muzeylərində, xüsusən də Ermitaj və Orse muzeyində nümayiş olunur.

 AZƏRTAC