Pompeydə robot it işə götürülüb

Tarix: 15.03.2023

İtaliyanın Pompey şəhərində “Boston Dynamics” şirkəti tərəfindən işə götürülən Spot adlı robot itdən qədim şəhərin küçələrini yoxlamaq üçün mühafizəçilər əvəzinə istifadə edilməsi planlaşdırılır.

Robot kamera və sensorların köməyi ilə videogörüntüləri kompleksin ərazisində yayımlayacaq. Bundan əlavə, onlar Spotu quldurların qazdıqları və Pompey işçilərinin girişi üçün təhlükəli olan tunellərə göndərməyi də planlaşdırırlar. Robot hətta kiçik məkanlara da daxil ola, məlumatları toplayaraq qeyd edə bilir.

2022-ci ilin mart ayında Nyu-York şəhərinin yanğınsöndürənləri axtarış və xilasetmə əməliyyatlarında iştirak etmək üçün Spot robot itlərini də yerləşdirdilər. Robot itin qiyməti təxminən 75 min dollar olub.



https://azertag.az/xeber/Pompeyde_robot_it_ise_goturulub-2075045