Prezident İlham Əliyev: İnteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsünü Azərbaycan irəli sürüb

Tarix: 23.05.2023

Azərbaycan özünün təqdim etdiyi beş prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən deyib.

Dövlətimizin başçısı Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsünün məhz Azərbaycan tərəfindən irəli sürüldüyünü bildirib.