Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarını təltif edib

Tarix: 26.11.2019

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin 1 əməkdaşı “Şərəf” ordeni, 11 əməkdaşı “Şöhrət” ordeni, 2 əməkdaşı 2-ci dərəcəli “Əmək” ordeni, 24 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 36 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.

Dövlət başçısının digər Sərəncamı ilə Bakı Dövlət Universitetinin 6 əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

yp.org.az