Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb

Tarix: 13.03.2020

Prezident İlham Əliyev martın 12-də görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə Mədəniyyət Nazirliyinə tapşırılıb.


http://www.yap.org.az