Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri başa çatıb

Tarix: 15.01.2022


Yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə lanç verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfəri yanvarın 14-də başa çatıb.