Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatına Səbinə Rzalı liderlik edir

Tarix: 05.03.2020

Martın 5-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının ikinci turunun oyunları keçirilib.

Iki turun yekununa görə, turnir cədvəlinə maksimum xalla Səbinə Rzalı liderlik edir. Zeynəb Məmmədyarova, Gövhər Beydullayeva və Gülnar Məmmədova hərəyə 1,5 xal toplayıblar.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)