Qara Qarayev: "Qalatasaray" ilə avrokuboklarda qarşılaşmağı çox istərdik

Tarix: 27.03.2023

"Qalatasaray" klubu ilə avrokuboklarda qarşılaşmağı çox istərdik. Amma bu da xoş təsadüf oldu. Bu oyuna görə hər iki kluba təşəkkür edirəm.

“Qalatasaray” klubu ilə Bakıda xeyriyyə oyunu keçirən “Qarabağ”ın futbolçusu Qara Qarayev matçdan sonra deyib.

"Qalatasaray"da fərdi keyfiyyətləri çox yaxşı olan futbolçuların olduğunu söyləyən müdafiəçi qeyd edib: “Zaman-zaman bizə problem yaradırdılar. Amma "Qalatasaray"dan heç də geri qalmadıq. Başabaş mübarizə getdi. Ümumi oyun planında çox yaxşı çıxış etdik. Bəzən daha çox qol şanslarımız oldu. Son dəqiqələrdə bərabərliyi əldən verdik. Düşünürəm ki, bu, futbolçularımızın bir neçəsinin milli komandalara yollanması ilə əlaqədar ola bilər. Amma məncə heç də pis alınmadı”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub.