Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

Tarix: 03.12.2021


Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, on ayda Rusiyaya 665,4 milyon dollar, Türkiyəyə 509,4 milyon ABŞ dolları, İsveçrəyə 184 milyon dollar, Gürcüstana 131,4 milyon dollar, ABŞ-a isə 60,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.