Rəssamlar İttifaqında gənc rəssamların əsərləri sərgilənəcək

Tarix: 23.01.2019

Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda gənclər gününə həsr edilmiş sərgi açılacaq.

İttifaqdan məlumat verilib ki, sərgi Gənclər və İdman Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə 150 gənc fırça ustasının 200-dən çox sənət əsəri nümayiş olunacaq.

Sərginin ekspozisiyasında incəsənətin bütün janrlarında olan əsərlər yer alacaq. Dörd gün ziyarətçilər üçün açıq qalacaq sərgiyə hər kəsin baxmaq imkanı var.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)