Robert Levandovski UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

Tarix: 29.11.2019

UEFA Çempionlar Liqasının cari mövsümünün qrup mərhələsində beşinci turunun oyunlarının nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

“Bavariya” klubunun polşalı hücumçusu Robert Levandovski noyabrın 27-də “Srvena Svezda” ilə səfər qarşılaşmasında rəqibin qapısından 4 top keçirdiyinə görə həftənin ən yaxşı futbolçusu seçilib.

O, komandasının 6:0 hesabı ilə qalib gəldiyi oyunun 41-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməsə də, 15 dəqiqə ərzində 4 qol vurmağı bacarıb. Matçın 53-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsindən fərqlənən polşalı hücumçu 60-cı, 64-cü və 68-ci dəqiqələrdə adını tabloya yazdırıb.

AZƏRTAC