Şahmat üzrə Azərbaycan çempionatının son turunun oyunları keçiriləcək

Tarix: 13.03.2020

Martın 13-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının son turunun oyunları keçiriləcək.

Aktivində 6,5 xal olan turnir cədvəlinin lideri Xanım Balacayeva son turda Gövhər Beydullayeva (5,5 xal) ilə mübarizə aparacaq. X.Balacayevanın çempionatı qalib başa vurması üçün yarım xal kifayət edir.

Turnirin digər iştirakçıları-Gülnar Məmmədova 5, Türkan Məmmədyarova 4,5, Zeynəb Məmmədyarova 4, Ayan Allahverdiyeva, Xəyalə Abdulla 3,5, Mələk İsmayıl 3, Ülviyyə Fətəliyeva 2,5, Səbinə Rzalı 2 xal toplayıblar.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)