Şahmatçılarımız Serbiyada növbəti qələbəyə imza atıblar

Tarix: 27.11.2019

Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçıları uğurlu çıxışlarını davam etdirirlər.

 Təmsilçilərimiz üçüncü turda yerli idmançılara – Abdulla Qədimbəyli İrina Çeluşkina, Nail Bəşirli Ljilja Drljevicə qalib gəliblər.

Dördüncü turda N.Bəşirli monteneqrolu Dragisa Blagojevic, A.Qədimbəyli isə serbiyalı Sasa Velickoviclə mübarizə aparacaqlar.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.

 

AZƏRTAC