Şəhriyar Məmmədyarov FIDE reytinqində mövqeyini qoruyub

Tarix: 01.07.2019

Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyul ayı üçün reytinq siyahısını açıqlayıb.

 xəbər verir ki, səkkizinci yerdə olan şahmatçımız Şəhriyar Məmmədyarov (2765) mövqeyini qoruyub. Teymur Rəcəbov isə geriləyərək 13-cü sırada qərarlaşıb (2759). Digər şahmatçılarımızdan Arkadi Naydiç (2681) 62-ci, Qədir Hüseynov (2654) 100-cüdür.

“Top-100”lükdə Azərbaycanın bir qadın şahmatçısı – Günay Məmmədzadə (2427) yer alıb. O, 40-cı pillədədir.

AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)