Sahibkarlar Moskvadakı beynəlxalq investisiya forumu və sərgidə iştiraka dəvət olunurlar

Tarix: 27.11.2019

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan bildirilib ki, dekabrın 4-5-də Moskvada "Rusiyanın istixana kompleksləri 2019: investisiyalar, yeniliklər və tənzimləmə" adlı IV beynəlxalq investisiya forumu və sərgisi keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Forumda iştirak etməkdə maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər.

 

AZƏRTAC