Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib - FOTO

Tarix: 22.05.2023

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi  rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında  bir qrup vətəndaşı   qəbul edərək  onların problemlərini dinləyib.

“İki sahil” xəbər verir ki, qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yolların asfaltlaşdırılmasının və ışıqlandırılmasının başa çatdirilmasına, , qəsəbədə kanalizasiya şəbəkəsinin  yenidən qurulmasına və yeni yaşayış massivində kanalizasiya xətlərinin ana xəttə birləşdirilməsinə, müharibə veteranı adının verilməsinə, əhali arasında hüquq təbliğatının gücləndirilməsinə, işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım (ÜDSY) almaq hüququnun təyin edilməsinə, vətəndaşları narahat edən  bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.

Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini  tapacağına əminliklərini bildiriblər.    
 Qəbulda Binəqədi rayon icra hakimiyyəti  başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Binəqədi rayon  Xocəsən  bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.