Tallinndəki Azərbaycan Evinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb

Tarix: 20.10.2020


Estoniyadakı Azərbaycan Evinin binası qarşısında Azərbaycanın Gəncə şəhərinin erməni silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olanların xatirəsinə improvizə edilmiş memorial guşə yaradılıb.

AZƏRTAC xəbər verir ki, Tallinn şəhərin sakinləri, o cümlədən Azərbaycan diasporunun üzvləri Azərbaycan Evinin qarşısına güllər düzür, erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində dinc sakinlərin həlak olması ilə əlaqədar başsağlığı verirlər.

Xatırladaq ki, oktyabrın 17-də düşmənin silahlı qüvvələri tərəfindən Gəncənin mərkəzi hissəsindəki yaşayış məhəllələrinə endirilən raket zərbəsi nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn